Klopp anasının dəfninə gedə bilmədi – karantinə görə
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Kloppun anası Elizabet Klopp dünyasını dəyişib.
Komanda.az xəbər verir ki, alman mütəxəssisin anası 81 yaşında yaşadığı Qlatten şəhərində vəfat edib.
Lakin Klopp anasının dəfn mərasiminə gedə bilmədiyini bəyan edib. 54 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında bildirib:
“O, sözün həqiqi mənasında əsl ana idi. Hazırda daha yaxşı yerdə olduğuna əminəm. Qlobal pandemiya vəziyyətinə görə dəfn mərasimində iştirak edə bilməyəcəyəm. Vəziyyətlər düzələn kimi anım mərasimi keçirəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin