Liqa 1-dən Səudiyyə Ərəbistanına
Fransanın “Renn” klubunun futbolçusu Mbaye Nyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu “Əl Əhli” klubuna keçib. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Nyanq mövsümün sonuna qədər icarə əsasında “Əl Əhli”də çıxış edəcək.
Nyanq karyerası ərzində İtaliyada “Torino”, “Milan”, “Cenoa”, İngiltərədə “Uotford”, Fransada “Monpelye”də çıxış edib. Seneqal millisinin də üzvü olan hücumçu 2019-cu ildən “Renn”dədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin