“Onları yalnız televizorda görmək olar” – Azərbaycan millisinin üzvü
Azərbaycan millisinin üzvü Dmitri Nazarov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Nazarov, martın 21-də keçiriləcək qarşılaşmayla bağlı bunları deyib:
“Xorvatiya seçmə mərhələdə tam heyətlə iştirak edəcək. “Real”dan Luka Modriç, “Barselona”dan İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq hər futbolçunun karyerasında yaşayacağı əsas məqamlardandır. Onları yalnız televizorda görmək olar”.
Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Aue”nin formasını geyinən Nazarov, son oyunlarda az şans qazanmasından da danışıb:
“Gözləntim daha çoxdur, çünki klubda 5 dəqiqədən bir az çox oynayıram. Milli və 2-ci Bundesliqanın matçları arasında fərq böyükdür”.
Xorvatiya – Azərbaycan matçı martın 21-də, saat 23:45-də start götürəcək.
Bizi Facebook-da izləyin