Kramarenko ÇSKA-ya keçidindən danışdı: “Onlar da mənimlə razılaşdılar”

Rusiyanın ÇSKA klubuna keçən Azərbaycan millisinin məşqçisi Dmitri Kramarenko Moskva klubunun mətbuat xidmətinə müsahibə verib.

Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis, müsahibəsində ÇSKA-nın təklifini tez bir zamanda qəbul etdiyini deyib:

“Həqiqətən, qərarı tez verdim. Üç ildir ki, Azərbaycan yığmasında çalışıram, təklif yeni il ərəfəsində gəldi. ÇSKA rəhbərliyi ilə söhbət etdim, danışıqlarımız çox çəkmədi, hamımız futbol adamıyıq. İki işi də görməyimin problem olmayacağı qənaətinə gəldik. Sonra yığmanın rəhbərliyi ilə danışdım, onlar da mənimlə razılaşdılar. Nəticədə, hamımız ortaq bir qərara gəldik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button