Azərbaycan millisinin rəqibinin heyəti açıqlandı SİYAHI
Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Macarıstan yığmasının heyəti açıqlanıb.
Komanda.az Macarıstan Futbol Federasiyanın saytına istinadən xəbər verir ki, baş məşqçi Marko Rossi martın 21-də Slovakiya, üç gün sonra Xorvatiya ilə oyunlar üçün 26 futbolçuya dəvət göndərib:
Qapıçılar: Dibuş Deneş (“Ferentsvaroş”), Peter Qulaşi (“Leyptsiq”, Almaniya), Adam Kovaşik (“Videoton”);
Müdafiəçilər: Barat Botond (“Sportinq Kanzas”, ABŞ), Bese Benabaş (“Havr”, Fransa), Tamaş Kadar (“Dinamo”, Kiyev, Ukrayna), Mixay Korxut (“Aris”, Yunanıstan), Adam Lanq (ÇFR, Rumıniya), Gerqo Lovrençiç (“Ferentsvaroş”), Orban Villi (“Leyptsiq”, Almaniya), Paulo Vinisius (“Videoton”);
Yarımmüdafiəçilər: Daniel Qazdaq (“Honved”), David Holman (“Slovan”, Slovakiya), Jolt Kalmar (“DAK 1904”, Avstriya), Laslo Klyanheyzer (“Osiek”, Xorvatiya), İştvan Kovaç (“Videoton”), Adam Nad (“Bolonya”, İtaliya), Mate Patkay (“Videoton”), Dominik Şoboşlay (“Red Bull”, Avstriya);
Hücumçular: Norbert Balox (“Ellinon”, Yunanıstan), Balaş Cudcak (“Əl-İttihad”, Birləşmiş Ərəb Əmirlikləri), Filip Holender (“Honved”), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Adam Şalay (“Hoffenhaym”, Almaniya), Roland Varqa (“Ferentsvaroş”).
Bizi Facebook-da izləyin