Bekhemin klubunda baş məşqçi istefası

ABŞ-ın “İnter Mayami” komandasının baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Uruqvaylı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 46 yaşlı Alonso klubun yarandığı 2019-cu ildən ona başçılıq edirdi. Komanda 2020 mövsümündə çıxış etdiyi Şərq konfransını 7 qələbə, 3 heç-heçə və 13 məğlubiyyətlə 10-cu pillədə başa vurub.

Qeyd edək ki, “İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button