Benzema yenə məhkəmə qarşısına çıxacaq

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema məhkəmə qarşısına çıxacaq.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu hazırda Yunanıstan “Olimpiakos”unda çıxış edən Matye Valbuenanı şantaj etməkdə ittiham olunur.

İddiaya görə, Benzema 2015-ci ildə Valbuenanı intim videosunun yayılmamasından ötrü şantajçılara pul ödəyib. Şantajçılar isə həmin video qarşılığında Valbuenadan 150 min avro tələb ediblər.

Qalmaqal səbəbindən hər iki oyunçu Fransa millisinin 2016-cı il Avropa çempionatına aparılan heyətindən kənarlaşdırılıb. Benzema o vaxtdan yığmaya dəvət almır.

Fransa məhkəməsindən verilən məlumata görə, sözügedən qalmaqala görə Benzema ilə yanaşı, daha dörd nəfər məhkəmə qarşısına çıxarılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button