Portuqaliya – Azərbaycan matçının stadionu açıqlandı
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək qarşılaşmanın stadionu müəyyənləşib.
Komanda.az xəbər verir ki, sözügedən matç paytaxt Lissabonda yerləşən və “Sportinq” klubuna məxsus olan “Joze Alvalade” stadionunda baş tutacaq.
Bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomes qurumun rəsmi saytına açıqlamasında məlumat verib. O, bu xəbəri elan etməkdən məmnunluq duyduğunu söyləyib:
“Bura bizim xoşbəxt olduğumuz evimizdir. İnanıram ki, milli komanda debüt matçında bizə daha bir qələbə və əla oyun bəxş edəcək. Əminəm ki, birlikdə idman və sağlamlıqla bağlı problemlərin öhdəsindən gələcəyik”.
Qeyd edək ki, martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar oynayacaq.
Bizi Facebook-da izləyin