“Boka Xuniors” üçün darıxıram” – De Rossi
“Boka Xuniors”un sabiq futbolçusu Daniele De Rossi gələcək karyerası ilə bağlı açıqlama verib.
Komanda.az Argentina mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu, “Boka Xuniors”a qayıtmaq istədiyini bildirib:
“Boka Xuniors” üçün darıxıram. Klub məni daha bir neçə ay saxlamaq istədi, amma şəxsi səbəbləri açıqladım, onlar da məni anladılar.
İndi məşqçilik üzrə təhsil alıram. Məşqçi karyeramda ilk təcrübəm Avropada olacaq, amma “Boka Xuniors”da çalışmağı çox istəyirəm”.
2001-2019-cu illərdə “Roma”da çıxış edən italiyalı sabiq futbolçu, 2019-2020-ci il mövsümündə “Boka Xuniros”un şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin