“Liverpul” müdafiəçisini itirdi – 3 həftəlik
İngiltərənin “Liverpul” klubunun zədəli futbolçusu Joel Matipin vəziyyətinə aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqanın 15-ci turu çərçivəsində keçirilən “Vest Bromviç”lə oyunda (1:1) sıradan çıxan 29 yaşlı futbolçunun vəziyyəti ciddidir. Onun azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Oyunun 60-cı dəqiqəsində zədələnən Matip oyunu davam etdirə bilməyib və əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin