75-ci ev heç-heçəsi
Azərbaycan Premyer Liqasının 20-ci turunun “Zirə” ilə görüşü “Qarabağ” üçün yubileylə əlamətdar olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, öz meydanında 0:0 hesablı heç-heçə edən Ağdam klubu Azərbaycan çempionatlarında 75-ci dəfə evdə 1 xal qazanıb.
1992-ci ildən keçirilən yarışda 379 dəfə öz meydanında qüvvəsini sınayan komanda bunların təxminən 19,8 faizində heç-heçə edib.
“Qarabağ” evdəki bərabərlik sayında ikinci yerdədir. Öz meydanında ən çox heç-heçə edən klub isə “Neftçi”dir. Bakılılar evdə 83 “sül”hə imza atıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin