La Liqa klubunda baş məşqçiylə yeni müqavilə
İspaniyanın “Real Sosyedad” klubu baş məşqçisi İmanol Alquasilin müqaviləsinin müddətini artırıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi 49 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.
İmanol, 2018-ci ilin yayından “Real Sosyedad”ı çalışdırır. İspan mütəxəssisin rəhbərlik etdiyi komanda La Liqada hazırda 26 xalla 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin