İnyesta əməliyyat edildi
Yaponiyanın “Vissel Kobe” klubunun futbolçusu Andres İnyesta zədələnib.
Komanda.az xəbər verir ki, sağ ayağından zədələnən 36 yaşlı yarımmüdafiəçi əməliyyat edilib. Bu barədə “Marca” nəşri məlumat yayıb. İnyesta 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
2018-ci ilin yayından “Vissel Kobe”də çıxış edən İnyesta, 2020-ci ildə 34 oyunda iştirak edib və 6 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
İnyesta 2002-2018-ci illər aralığında İspaniyanın “Barselona” klubunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin