Karantin qaydalarını pozan futbolçu qovuldu
Belçikanın “Ostende” klubu qapıçısı Fabris Ondoa ilə müqaviləyə xitam verib.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Buna kamerunlu futbolçunun koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.
Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu üzə çıxıb. Bu azmış kimi, hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin