AMADA “YAŞAT” fonduna ianə etdi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları öz təşəbbüsləri ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə ianə aksiyası həyata keçiriblər.

Komanda.az xəbər verir ki, AMADA-nın bütün əməkdaşları öz əmək haqlarından ümumilikdə 15 500  manat vəsaiti könüllü olaraq “YAŞAT” fonduna köçürüblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button