Braziliya millisinin sabiq çalışdırıcısı yenidən koronavirusa yoluxdu

Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqu yenidən koronavirusa yoluxub.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis San Pauloda xəstəxanaya yerləşdirilib. Onun müalicəsinin uğurla aparıldığı bildirilir.

Luşemburqu yayda da koronavirusa yoluxmuşdu.

Son olaraq “Palmeyras”ı çalışdıran mütəxəssis 1998-2000-ci illər aralığında Braziliya yığmasına rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button