“Real”dan Çempionlar Liqasında yeni rekord
Madrid “Real”ı UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Komanda.az xəbər verir ki, qrup mərhələsinin sonuncu – 6-cı turunda evdə Almaniyanın “Borussiya” (Münhenqladbax) komandasını 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 29-cu dəfə (ikinci qrup mərhələləri daxil olmaqla, 1999 – 2003-cü illər) növbəti mərhələyə vəsiqə qazanıb.
Bu isə turnirin rekordu deməkdir. Komanda B qrupunu 10 xalla birinci pillədə bitirib.
Dubl edən hücumçu Kərim Benzema “kral klubu”nun heyətində qol sayını 50-yə yüksəldib. Fransalı forvard bu göstəriciyə görə İspaniya “Barselona”sında çıxış edən Lionel Messi və İtaliya “Yuventus”unun hücumçusu Kriştiano Ronaldoya çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin