Premyer Liqa klubu məşqləri bərpa etdi
İngiltərənin “Nyukasl” klubu məşqləri bərpa edib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Komandanın bu gün yenidən məşqlərə başlayacağı bildirilib.
“Nyukasl”da məşqlər ötən həftə dayandırılmışdı. Buna səbəb komandada koronavirusa yoluxma hallarının artması idi.
İngiltərə Premyer Liqasının 11-ci turunun “Aston Villa” – “Nyukasl” matçı koronavirusa görə təxirə salınmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin