“Qarabağ”ın son oyununa hakim təyinatları açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-ci turu çərçivəsində “Vilyarreal” (İspaniya) ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mikola Balakin olacaq. Ona yan xətt hakimləri Andrey Skripka və Semyen Şlonçak kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yevgeni Aranovski yerinə yetirəcək.

Dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button