“Qarabağ”ın rəqibində daha bir itki – Hücumçusunu itirdi
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” daha bir futbolçusunu itirib.
Komanda.az xəbər verir ki, “Vilyarreal”ın hücumçusu Pako Alkaser sıradan çıxıb. İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçirilən “Elçe” ilə oyunun (0:0) 78-ci dəqiqəsində zədələnən Alkaser oyunu davam etdirə bilməyib və əvəzlənib.
27 yaşlı futbolçunun əvvəlki zədəsinin yeniləndiyi bildirilir. Onun hansı müddətə sağalacağı ilə bağlı məlumat verilməyib.
Daha əvvəl “Vilyarreal”ın iki futbolçusu – Karlos Bakka və Moi Qomesin sıradan çıxdığı bildirilib.
Dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin