Konte “Çelsi”nin müdafiəçisini istəyir
İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Markos Alonso karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “İnter” 29 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Neradzurra”nın baş məşqçisi Antonio Konte Alonsonun transferini şəxsən tələb edir.
“Çelsi” ispaniyalı futbolçunun satılmasına müsbət yanaşır. London klubu bu transfer üçün qarşı tərəfdən 20 milyon avro tələb edir.
2016-cı ilin yayından “Çelsi”nin şərəfini qoruyan Alonsonun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin