“Borussiya”da ciddi itki
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli hücumçu Erlinq Haland sıradan çıxıb. Əzələsindən zədə alan futbolçu bu səbəblə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Latsio” ilə oyunu (1:1) buraxıb.
Halandın zədəsinin ağır olduğu və bu ilin sonuna qədər meydana çıxa bilməyəcəyi qeyd olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin