“Mançester Siti” onu göndərir

“Mançester Siti”nin futbolçusu Fernandinyonun komandadakı gələcəyi müəyyənləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu cari mövsümün sonunda “şəhərlilər”dən ayrılacaq. Onun klubla bu mövsümün sonunda bitəcək müqavilənin müddətini uzatmayacağı bildirilir.

Braziliyalı futbolçunun karyerasını MLS-də davam etdirəcəyi deyilir. Bundan başqa, ölkəsindən də Fernandinyoya təkliflər var.

2013-cü ildən “Mançester Siti”nin şərəfini qoruyan futbolçu cari mövsümdə ümumilikdə 8 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button