Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə görə cəzalandırılan növbəti idmançıların adlarını açıqlayıb.

AMADA-dan Komanda.az-a verilən məlumata görə, 5 nəfərlik siyahıda karate, boks, ağırlıqqaldırma və taekvondo idman növünün nümayəndələri yer alıb. Siyahıda ağır atletika üzrə fəaliyyət göstərən bir həkim də var.

İdmançının adı: Fidan Dadaşova
İdman növü: Karate
İdman Federasiyası: Azərbaycan Milli Karate Federasiyası
Antidopinq qayda pozuntusu: İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu
Maddə: S5. Diuretiklər və gizlədici maddələr/ furosemid
Sanksiyanın başlama tarixi: 27 fevral 2020
Sanksiyanın bitmə tarixi: 27 fevral 2021

İdmançının adı: Kamran Muradov
İdman növü: Boks
İdman Federasiyası: Azərbaycan Boks Federasiyası
Antidopinq qayda pozuntusu: İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu
Maddə: S1.1A Ekzogen (AAS)/ Anabolik Androgen Steroidlər/ metasteron metaboliti
Sanksiyanın başlama tarixi: 14 yanvar 2020
Sanksiyanın bitmə tarixi: 14 yanvar 2024

İdmançının adı: Ofeliya Allahverdiyeva
İdman növü: Taekvondo
İdman Federasiyası: Azərbaycan Taekvondo Federasiyası
Antidopinq qayda pozuntusu: İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu
Antidopinq qayda pozuntusu: İdmançı tərəfindən Qadağan edilmiş Maddə və ya Qadağan edilmiş Üsuldan İstifadə yaxud İstifadə Cəhdi
Maddə: S5. Diuretiklər və gizlədici maddələr/ furosemid
Sanksiyanın başlama tarixi: 18 fevral 2020
Sanksiyanın bitmə tarixi: 18 fevral 2024

İdmançının adı: Nigar İbrahimova
İdman növü: Taekvondo
İdman Federasiyası: Azərbaycan Taekvondo Federasiyası
Antidopinq qayda pozuntusu: İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu
Antidopinq qayda pozuntusu: İdmançı tərəfindən Qadağan edilmiş Maddə və ya Qadağan edilmiş Üsuldan İstifadə yaxud İstifadə Cəhdi
Maddə: S5. Diuretiklər və gizlədici maddələr/ furosemid
Sanksiyanın başlama tarixi: 03 sentyabr 2020
Sanksiyanın bitmə tarixi: 03 sentyabr 2022

Həkimin adı: Xalid Qüdrətov
İdman növü: Ağır Atletika
İdman Federasiyası: Azərbaycan Ağır Atletika Federasiyası
Antidopinq qayda pozuntusu: hər hansı Yarışdan kənar müddətdə İdmançıya hər hansı Qadağan edilmiş Maddə və ya Qadağan edilmiş Üsulun Yarışdan kənar müddətdə qadağan olunmasına baxmayaraq Tətbiq etmək və ya Tətbiq etmək Cəhdi.
Maddə: S1.b Anabolik Androgen Steroidlar / Prasterone (dehydroepiandrosterone, DHEA, 3b-hydroxyandrost-5-en-17-one)
Sanksiyanın başlama tarixi: 13 fevral 2020
Sanksiyanın bitmə tarixi: 13 fevral 2024

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button