“Arsenal”ın hücumçusu üzr istədi: “Etdiyim bağışlanmazdır”
“Arsenal”ın futbolçusu Nikolas Pepe üzr istəyib.
Komanda.az xəbər verir ki, Premyer Liqanın 9-cu turunun “Lids”lə matçında qırmızı vərəqə alaraq, meydandan qovulan hücumçu bu barədə “instagram” hesabında paylaşım edib. Pepe, paylaşımında bunları qeyd edib:
“Oyunun vacib bir anında komandamı azlıqda qoydum, etdiyim bağışlanmazdır. Klubdan, azarkeşlərdən, məşqçilərdən və komanda yoldaşlarımdan üzr istəyirəm”.
“Lids” – “Arsenal” matçı 0:0 hesabıyla bitib. Pepe, qarşılaşmanın 51-ci dəqiqəsində rəqibinə başla zərbə vurduğu üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin