“Golden Boy” mükafatının qalibi müəyyənləşdi
Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden boy” mükafatının qalibi məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mükafatı “Borussiya”nın (Dortmund) və Norveç millisinin futbolçusu Erlinq Haland qazanacaq. O, “Tuttosport” nəşri tərəfindən keçirilən sorğuda ən çox səs toplayıb və cari ilin ən yaxşı gənc futbolçusu seçilib.
Bu mükafatın son qalibi “Atletiko”nun futbolçusu Joao Feliks olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin