“Bu klub Erlinq üçün əla komandadır” – Halandın atası

“Borussiya”nın (Dortmund) üzvü Erlinq Halandın atası Alf-İnge Haland futbolçu barədə açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, atası Erlinqin böyük klubların transfer hədəfində olması barədə danışıb:

“Yaxşı oynayanda, böyük klubların diqqətini çəkmək normaldır, amma bunlar sadəcə şayiədir. “Borussiya” ilə uzunmüddətli müqavilə imzaladıq. Bu klub Erlinq üçün əla komandadır. Gələcəkdə nə olacağını bilmirik, amma Halandın bu komanda ilə titullar qazanmaq istədiyini düşünürəm. Erlinq Almaniyada böyük uğurlar qazana bilər”.

Halandın “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button