Millinin baş məşqçisində koronavirus aşkarlandı
Futbol üzrə Kosovo milli komandasının baş məşqçisi Bernar Şalland koronavirusa yoluxub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssisin koronavirus testinin nəticəsi müsbət olub.
Şalland bu gün keçiriləcək UEFA Millətlər Liqasının Kosovo – Moldova matçını buraxacaq. Görüş saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin