Liqa 1 matçı təxirə salındı – Koronavirusa görə

Futbol üzrə Fransa çempionatının 11-ci turu çərçivəsində keçirilməli olan “Olimpik” (Marsel) – “Nitsa” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Xəbərdə matçın “Nitsa”da koronavirusa yoluxanların çox olması səəbindən təxirə salındığı diqqətə çatdırılıb.

“Nitsa”nın Fransa Futbol Federasiyasına verdiyi raporta görə, komandanın 30 futbolçudan ibarət heyətində 19 nəfərin COVİD-19 testi pozitiv çıxıb.

Qeyd edək ki, sözügedən matç noyabrın 22-də keçirilməli idi. Qarşılaşmanın yeni tarixi hələ müəyyənləşməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button