Azərbaycanlı hakim Ukrayna – Şimali İrlandiya matçını idarə edəcək
Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna – Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.
Cabbarova yan xətt hakimləri Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin