Balotelli Avropadan ayrılmağa yaxındır

Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Vasko da Qama” 30 yaşlı hücumçunun xidmətində maraqlıdır. Braziliya klubunun rəhbərliyi Balotelli ilə danışıqlar aparır. Futbolçu Avropada qalmaq istəsə də, “Vasko da Qama”nın da təklifini nəzərdən keçirir.

Azad agent statusuna malik futbolçu yayda “Breşiya” ilə yollarını ayırandan bəri işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button