“Qarabağ”ın zədəlisindən xoş xəbər

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunda “Zirə” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ağdam klubu bu görüşə hazırlığı davam etdirir. Qurban Qurbanovun komandasında zirəlilərlə matç öncəsi bir xoş xəbər də var. Belə ki, ağdamlıların legioner futbolçusu Miçel uzun müddət idi əziyyət çəkdiyi zədəsini sağaldıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, ispaniyalı futbolçunun artıq komanda ilə məşqlərə başladığı qeyd olunur.

Qeyd edək ki, martın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Zirə” matçına saat 18:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button