Argentina millisində itki

Futbol üzrə Argentina millisi ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Esekiel Palasios zədələnib. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Paraqvayla keçirilən matçda (1:1) zədələnən “Bayer”in futbolçusu meydanı erkən tərk edib.

Argentina Futbol Federasiyasının yaydığı açıqlamada, 22 yaşlı futbolçunun onurğasının qırıldığı bildirilib. Onun bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button