“İnter”in futbolçusu koronavirusa yoluxdu – Millinin düşərgəsində
Xorvatiya millisinin və “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, millinin düşərgəsində olan 27 yaşlı futbolçunun koronavirus testi pozitiv nəticələnib. Bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.
Həmçinin millinin bir əməkdaşında da koronavirus aşkarlanıb. Hər iki şəxs karantinə alınıb.
Daha əvvəl Xorvatiya millisinin digər futbolçusu Domaqoy Vidanın koronavirusa yoluxduğu açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin