Kasilyas Ronaldonu arxada qoydu
“Portu” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Roma”nı 3:1 hesabıyla məğlub edib.
Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisinin qolkiperi İker Kasilyas sözüedən qarşılaşmada yeni rekorda imza atıb. İspan qapıçı “Roma” üzərində qələbədən sonra ÇL-də qazandığı matçların sayını 101-ə çatdırıb. O, bununla da, ÇL-də ən çox qələbə qazanan futbolçu ünvanını qazanıb.
Bundan əvvəl ÇL-də ən çox qələbə qazanan futolçu Kriştiano Ronaldo idi. “Yuventus”da çıxış edən portuqaliyalı hücumçunun aktivində 100 qələbə var idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin