Rayan Giqqz həbs olundu
Uels milli komandasının baş məşqçisi Rayan Giqqz həbs olunub.
Komanda.az xəbər verir ki, buna səbəb keçmiş yarımmüdafiəçinin sevgilisi Keyt Qrevillini döyməsi olub. Bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Giqqz, Qrevilli Mançesterdəki evinə çağıraraq ona fiziki şiddət tətbiq edib. Qrevill daha sonra polisə müraciət edərək, sevgilisi tərəfindən döyüldüyünü bildirib. Polis tərəfindən saxlanılan Giqqz qadına qarşı şiddətə görə həbs olunub, lakin 46 yaşlı mütəxəssis daha sonra girov müqabilində sərbəst buraxılıb.
Giqqz, 2018-ci ildən Qrevill ilə sevgilidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin