Arteta Özil haqda: “Səbrli olub, ona fürsət verdim”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta bu mövsüm komandanın heyətindən kənarda qalan Məsut Özillə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan Arteta, türk əsilli almaniyalı yarımmüdafiəçiylə bağlı bunları deyib:
“Özil üçün əlimdən gələni etdim, ona mümkün qədər çox imkan yaratmağa çalışdım. Səbrli olub, ona fürsət verdim. O, bu kluba məxsus futbolçudur, bir neçə il də komandanın əsas futbolçularından olub. Ona hörmətlə yanaşıram, ancaq mən də qərar verməliyəm. Komandam üçün ən yaxşı olan nədirsə, onu da etməliyəm. Qərarlarım insanlar tərəfindən bəyənilməyə, düz hesab edilməyə bilər. Bununla bağlı nəsə edə bilmərəm, amma mən qərarlarımı ürəkdən və ağılla verməliyəm ki, düzgün olsun”.
“Arsenal”la 2021-ci ilə qədər müqaviləsi olan Özil, “topçular”ın bu mövsümkü Premyer Liqa və Avroliqa matçları üçün heyətə daxil edilməyib.
Bizi Facebook-da izləyin