
“Tottenhem” məğlub oldu, “Milan”la “Arsenal” darmadağına sevindi
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, İ qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb. Görüş Qarabağdakı hadisələrə görə Türkiyədə keçirilib və Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qrupun digər matçında “Sivasspor” İsrailin “Makkabi” klubunu qəbul edib. Bu oyunda da qələbəni qonaqlar bayram ediblər.
H qrupu çərçivəsində “Milan” doğma meydanda Çexiya “Sparta”sını sınağa çəkib və darmadağına sevinib. “Lill” isə “Seltik”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
F qrupunda ilk turda “Alkmaar”a (Niderland) uduzan “Napoli” bu dəfə səfərdə İspaniya “Real Sosyedad”ının qonağı olub və minimal hesabla qalib gəlib. Qrupun digər matçında “Alkmaar” “Riyeka”nı (Xorvatiya) qəbul edib və darmadağına sevinib.
Gecənin ən sürpriz nəticəsi isə Belçikada qeydə alınıb. Burada yerli “Antverpen” İngiltərə “Tottenhem”ini məğlub yola salıb.
Avropa Liqası, qrup mərhələsi, 2-ci tur
29 oktyabr
G qrupu
Zarya (Ukrayna) – Braqa (Portuqaliya) 1:2
Qol: İvanisenia, 90+6 – Paulinyo, 4. Qaytan, 11.
AEK (Yunanıstan) – Lester (İngiltərə) 1:2
Qol: Tankoviç, 49 – Vardi, 18-pen. Çaudri, 39.

H qrupu
Milan (İtaliya) – Sparta (Çexiya) 3:0
Qol: B.Dias, 24. Leao, 57. Dalot, 67.
Lill (Fransa) – Seltik (Şotlandiya) 2:2
Qol: Z.Çelik, 67. İkone, 75 – M.Elyunussi, 28; 32.

İ qrupu
Sivasspor (Türkiyə) – Makkabi (Təl-Əviv, İsrail) 1:2
Qol: Kayode, 55 – Biton, 68-pen. Peretz, 75.
Qarabağ – Vilyarreal (İspaniya) 1:3
Qol: K.Ovusu, 78 – Y.Pino, 80. P.Alkaser, 85; 90+6-pen.

J qrupu
Antverpen (Belçika) – Tottenhem (İngiltərə) 1:0
Qol: Refaelov, 29.
LASK (Avstriya) – Ludoqorets (Bolqarıstan) 4:3
Qol: Baliç, 2. Qruber, 11. Raquz, 34. Verdon, 45-öz qapısına – Manu, 15; 67; 74-pen.

K qrupu
ÇSKA (Moskva, Rusiya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:0
Feyenoord (Niderland) – Volfsberq (Avstriya) 1:4
Qol: Berqeys, 54 – Liendl, 4-pen; 13-pen; 60. Yovelyiç-66-pen.

L qrupu
Gent (Belçika) – Hoffenhaym (Almaniya) 1:4
Qol: Klayndinst, 90+3 – Belfodil, 35-pen. Qrilitş, 52. Qaçinoviç, 73. Baumqartner, 90+4.
Srvena Zvezda (Serbiya) – Slovan (Çexiya) 5:1
Qol: Ben, 7; 22. Qayiç, 50. Katai, 67. Falçinelli, 70 – Matusek, 41.

A qrupu
Roma (İtaliya) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0
ÇFR (Rumıniya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol: Rondon, 62 – Fassnaxt, 69.

B qrupu
Arsenal (İngiltərə) – Dandalk (İrlandiya) 3:0
Qol: Nketia, 42. Uillok, 44. Pepe, 46.
Molde (Norveç) – Rapid (Vyana, Avstriya) 1:0
Qol: Omoyjuanfo, 65.

C qrupu
Slaviya (Praqa, Çexiya) – Bayer (Almaniya) 1:0
Qol: Olayinka, 80.
Nitsa (Fransa) – Hapoel (Beer-Şava, İsrail) 1:0
Qol: Quiri, 23.

D qrupu
Benfika (Portuqaliya) – Standard (Belçika) 3:0
Qol: Pizzi, 49-pen; 76. Valdşmidt, 66-pen.
Reyncers (Şotlandiya) – Lex (Polşa) 1:0
Qol: Morelos, 68.

E qrupu
Omoniya (Kipr) – PSV (Niderland) 1:2
Qol: Qomes, 29 – Malen, 40; 90+3.
Qranada (İspaniya) – PAOK (Yunanıstan) 0:0

F qrupu
Real Sosyedad (İspaniya) – Napoli (İtaliya) 0:1
Qol: Politano, 56.
Alkmaar (Niderland) – Riyeka (Xorvatiya) 4:1
Qol: Koopmeyners, 6-pen. Qudmundsson, 20; 60. Karlsson, 51 – Kulenoviç, 72.

Bombardir: Pako Alkaser (Vilyarreal), Lindl (Volfsberq) – 4 qol.
Bizi Facebook-da izləyin



