Neymara atmaca: “O, mənim üçün əsl kloundur”

Peru milli komandasının futbolçusu Karlos Sambrano Braziliya yığmasının hücumçusu Neymar haqda danışıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi, braziliyalı hücumçunu kloun adlandırıb:

“Neymar möhtəşəm futbolçudur, dünyanın ən yaxşılarından biridir, amma mənim üçün əsl kloundur. O, meydanda nə edəcəyini çox yaxşı bilir, lakin davamlı olaraq cərimə meydançasında özünə kiçik toxunuş gözləyir. Penalti təyin olunmasını istədiyi üçün 4-5 dəfə yerə yıxılır”.

Braziliya millisi DÇ-2022-nin seçmə mərhələsində Perunu 4:2 hesabıyla məğlub edib. Neymar bu görüşdə het-trik edib. Braziliyalı hücumçu bu qollardan ikisini penaltidən vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button