İtaliya millisinin üzvündə koronavirus aşkarlandı

İtaliya milli komandasının futbolçusu Stefan El Şaaravi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Roberto Mançini yerli mətbuata açıqlama verib. Mançini, koronavirus testi müsbət çıxan El Şaaravinin özünü yaxşı hiss etdiyini bildirib. 27 yaşlı futbolçu yığmanın düşərgəsini tərk edib.

İtaliya yığması UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Niderlandla qarşılaşacaq. Görüş saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button