İtaliya klubunda daha 4 nəfər koronavirusa yoluxdu

İtaliyanın “Monza” klubunda 4 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Koronavirusa yoluxanlardan ikisi futbolçu, digər iki nəfər isə klub işçisidir. Həmin şəxslər karantinə alınıb.

Bununla da, B Seriyası təmsilçisində koronavirusa yoluxanların sayı 9-a çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button