“Napoli”nin hücumçusu sıraya döndü
İtaliyanın “Napoli” klubunun hücumçusu Lorenso İnsinye zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, 29 yaşlı italyan futbolçu artıq məşqlərə başlayıb.
Futbolçunun bərpa prosesinin bu ayın sonuna kimi sürəcəyi bildirilir. Belə ki, İnsinyenin oktyabrın 25-də keçiriləcək “Benevento” ilə çempionat oyununda meydana çıxması ehtimal olunur.
Qeyd edək ki, “Napoli”nin öz yetirməsi olan və 2010-cu ildən bu klubun uğurları üçün çalışan İtaliya yığmasının hücumçusu, sentyabrda zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin