“Bavariya”nın zədəliləri sıraya döndü
“Bavariya”nın zədəli futbolçularından Leroy Sane ilə Tanqi Nyanzu sıraya dönüb.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Hər iki futbolçu artıq fərdi məşqlərə başlayıb. Onların dəqiq nə vaxt yaşıl meydana dönəcəkləri barədə məlumat verilməyib.
Xatırladaq ki, Sane dizindən zədə almışdı və bu səbəbdən Almaniya milli komandasının təlim-məşq toplanışına da qatılmayıb. Nyanzu da bud əzələsindən aldığı zədə səbəbindən komandadan ayrı düşmüşdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin