Azərbaycan – Kipr oyununun hakimləri bilindi
UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək Azərbaycan – Kipr oyununun hakimləri məlum olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fran Yoviç olacaq. Ona İvitsa Modriç və Hrvoye Radiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İvan Vuçkoviç yerinə yetirəcək.
Oktyabrın 13-də Albaniyada keçiriləcək Azərbaycan – Kipr matçı saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin