Dadaşov oynadı, komandası darmadağınla qələbə qazandı

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Dadaşovun çıxış etdiyi komanda doğma meydanda “Los Anceles Qalaksi 2” ilə qarşılaşıb. Oyun “Feniks Rizinq”in 4:1 hesablı qələbəsiylə başa çatıb.

Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu fərqlənməyi bacarmayıb və 87-ci dəqiqədə əvəzlənib.

29 xal toplayan “Feniks Rizinq” B qrupunun lideridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button