MY-nin futbolçusu rəsmən “Latsio”da
İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Andreas Pereyranı heyətinə cəlb edib.
24 yaşlı futbolçu bir illik icarəyə götürülüb. Belçikada anadan olsa da, Braziliya yığmasında oynayan futbolçu 2021-ci ilin 30 iyununa qədər İtaliya klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Pereyra 2011-ci ildən “Mançester Yunayted”dədir. 2014-cü ildən isə o, əsas komandaya cəlb olunub. Andreas 2016/17 mövsümündə “Qranada”da, 2017/18 mövsümündə “Valensiya”da icarədə də oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin