8-ci klubu aldı – “Mançester Siti”nin rəhbərliyi

“Mançester Siti”nin rəhbərliyi Hindistanın “Mumbai Siti” klubunun səhmlərinin 65 faizini alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın əsas çempionatında çıxış edən komanda “City Football Group” korporasiyasına daxil edilən 8-ci klub olub.

Şirkət “Mançester Siti” ilə yanaşı, “Jirona” (İspaniya), “Nyu-York Siti” (ABŞ), “Melburn” (Avstraliya), “Torke” (Uruqvay), “Yokohama Marinos” (Yaponiya) və “Siçuan” (Çin) klublarına da sahibdir.

“Mançester Siti”nin sahibi Şeyx Mansur kimi tanınan Mansur ibn Zayd əl-Nahyandır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button