Türkiyə klubu Silvanı fikrindən daşındırmağa çalışacaq

“Qalatasaray” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva uğrunda mübarizədən geri çəkilmir.

Portuqaliyalı oyunçunun transferində əsas favorit “Barselona” hesab olunur və futbolçunun özü də məhz Kataloniya klubuna keçmək istəyir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Qalatasaray” Silvanı fikrindən daşındırmağa çalışacaq. İstanbul təmsilçisi “şəhərlilər”in kapitanına müddəti 3 il olan müqavilə təklif etməyə hazırdır və bu anlaşma çərçivəsində futbolçu ümumilikdə 50 milyon avrodan çox qazanc əldə edə bilər.

31 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “Mançester Siti”ni azad agent kimi tərk edəcək. Onunla “Yuventus”, “Milan” və “Benfika” kimi klubların da maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button