
“İnter” düşünür, “Milan” isə yaxınlaşır
“Milan” 2027-ci ildə start götürməsi planlaşdırılan Avropanın NBA analoqu hesab edilən basketbol layihəsinin iştirakçılarından biri olmağa getdikcə daha çox yaxınlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təşəbbüs klubun amerikalı sahibləri – “RedBird” şirkəti tərəfindən böyük həvəslə qarşılanır.
“Milan” bu məsələdə əsas rəqibi “İnter”i qabaqlayır. Qarşı tərəf hələlik layihədə iştirakla bağlı yekun qərar verməyib və mövzunu dəyərləndirmə mərhələsindədir.
Milanda artıq sırf basketbol klubu olan “Olimpiya” da fəaliyyət göstərir. Ancaq bu klubun yeni layihədə mümkün iştirakı ilə bağlı vəziyyət hələlik qeyri-müəyyən olaraq qalır.
“Milan” futbol cəbhəsində isə hazırda A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



