
Vinisius İngiltərə klubuna keçə bilər
“Real”ın braziliyalı hücumçusu Vinisius Junior yay transfer pəncərəsində “Arsenal”a keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Defensacentral” məlumat yayıb.
Vinisius “kral klubu”nu tərk edərsə, “Real” onun yerinə “Arsenal”ın vingeri Qabriel Martinellini transfer etməyi planlaşdırır. Həmçinin, madridlilər Vinisiusun Martinelli ilə dəyişdirilməsi variantını da istisna etmirlər.
24 yaşlı Martinelli cari mövsümdə bütün turnirlərdə 24 oyunda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə verib. 25 yaşlı Vinisius isə “Real”ın heyətində 27 matça çıxıb, 6 qola imza atıb və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



